"Elə öskürürsən ki, insan boğulub ölmək həddinə gəlir" - Virusa yoluxan azərbaycanlı

"Elə öskürürsən ki, insan boğulub ölmək həddinə gəlir" - Virusa yoluxan azərbaycanlı

Dünya aylardır koronavirus pandemiyası ilə mübarizə aparır.

Demək olar ki, bütün ölkələrdə turizm, təhsil, sənaye, kənd təsərrüfatı kimi sahələr fəaliyyətlərinə birmüddətlik fasilə verib. İnsanlar sosial izoliyasiya şəraitində yaşayırlar.

 

Ölkə daxilində olduğu kimi xaricdə də yaşayan həmvətənlərimiz arasında virusa yoluxma faktı qeydə alınıb. Həmin həmvətənlərimizdən biri də Niderlandan krallığının Nijmegen şəhərində tibb bacısı olaraq fəaliyyət göstərən Kamalia Ceylinovadır.

 

K.Ceylinova "MediaPost"a müsahibəsini təqdim edirik:

 

- Virusa yoluxduğunuzu necə anladınız?

 

- Həmin gün işdəydim. Gün ərzində arasıra öskürməyə başladım. Sonra gözümün içərisində qızartı, dərimin rəngində sarılıq olduğunu müşahidə etdim. Normal vəziyyət olmadığını anladığım üçün işə məlumat verib, ev getdim. Ailə həkimimizlə danışdım. O, məndə virusun ilkin əlmaətləri olduğunu və evdə qalmağımı məsləhət gördü. Bir neçə gün sonra öskürək artdı və qızdırmam qalxmağa başladı. Xəstəliyimin 5-ci günü 39 dərəcə qızdırma ilə məni xəstəxanaya apardılar. Daha sonra test nəticəm pozitiv çıxdı. Lakin həkimlər nəticələrimə baxdıqdan sonra vəziyyətimin çox təhlükəli olmadığını və evdə müalicə ala biləcəyimi bildirdilər.

 

Elə öskürürsən ki, insan boğulub ölmək həddinə gəlir

 

- Hansı simptomları hiss etdiniz?

 

- Xəstəlik ilk öncə öskürəklə başladı, sonra boğaz ağrısı, hərarətin yavaş-yavaş qalxması, ürək bulantısı kimi əlamətlər özünü göstərdi. Demək olar ki, su, çaydan başqa heç nə qəbul edə, yemək yeyə bilmirdim, çünki heç bir qidada dad hiss etmirdim. Bu gün xəstəliyimin 18-ci günüdür və mən hələ də yediklərimdən bir dad ala bilmirəm. Hələ də başım ağrıyır, özümü qrip kimi hiss edirəm.

 

- Müalicə dövrünüz necə keçdi? Yəni hansı dərmanlar və ya vasitələrlə sizi müalicə etdilər?

 

- Burada demək olar ki, hər kəsə evdə müalicəni məsləhət görürlər. Çünki hansısa müalicə üsulu olmadığından evdə ağrıkəsici, parasetamol və bol su içməyi tapşırırlar. İlk 9 gün qızdırmam düşməyəndə 5 dənə malyariyaya qarşı tabletka yazdılar. Bu tabletkalardan sonra qızdırmam düşdü, boğaz ağrılarım azaldı. Amma öskürək hələ də davam edir. Həkim deyir ki, öskürək hələ bundan sonra 4 həftə də davam edə bilər.

 

Elə öskürürsən ki, insan boğulub ölmək həddinə gəlir

 

Virusa yoluxanlar üçün verilən dərman

 

- Virusu müəyyənlışdirən cihaza nə qədər əmin olmaq olar?

 

- Ağız boşluğundan yaxma götürüb onunla xəstəliyi müəyyən edirlər. Ağciyəri də yoxlayırlar. Çünki bəzi xəstələrin ağciyərində soyuqdəymə o qədər güclü olur ki, nəfəs ala bilmirlər. Həmin şəxsləri tənəffüs aparatına bağlayırlar. Bəzi xəstələr elə vəziyyətdə olur ki, onları yatırdaraq aparata qoşurlar. Yaşı yuxarı olan və başqa xəstəliyi olan insanlar üçün bu xəstəlik çox təhlükəlidir. Çünki elə öskürürsən ki, insan boğulub ölmək həddinə gəlir. Buna dözmək üçün orqanizman sağlam olmalıdır.

 

- Yaşadığınız ölkədə virusla bağlı vəziyyət necədir?

 

- Bizim ölkədə martın 13-dən hər yer bağlıdır. İnsanların 80 faizi evdən işləyir. Hər kəs mümkün qədər çölə az çıxmağa çalışır. Bir maşında 3 nəfərdən çox adam varsa, 400 avrodan artıq cərimələnir. Gəzmək istədiyin zaman, insanların az olduğu yerlərə getmək tövsiyə olunur. İnsanlar da dövlətin qoyduğu qaydalara çox gözəl riayət etdi. Onlar başa düşdü ki, indi ən təhlükəsiz yer evdir. Xalqımı da səbirli olmağa və qaydalara riayət etməyə dəvət edirəm.

mediapost.az

Mənbə: ednews.net