Peşə məktəblərinə qeydiyyat başladı - Qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq

Peşə məktəblərinə qeydiyyat başladı - Qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq

İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlya biləcıəklər. Peşə təhsili almaq istəyən şəxslər 10-24 avqust tarixlərində qebul.vet.edu.az platforması üzrərindən ödənişsiz qayda da qeydiyyatdan keçməlidirlər.Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxlər müraciət edə bilərlər.Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq.İlk dəfə olaraq cari tədris ilində tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tədbiq olunacaq.Həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, 1,2 və 3-cü dərəcə əlilliyi olan şəxslər,şəhid ailəsinin üzvləri,20 yaşına çatmamış və 1-ci dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış mimimumundan aşağı olan şəxslərin dövlət peşə təhsili müəsisələrində ödənişli əsaslərla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəinin vəsaiti hesabına ödəniləcəkdir.

Röyal Yolçuzadə - Peşə Təhsili Üzrə Dövlət Agentliyinin baş məsləhətçisi

Bildiyiniz kimi bu şəraitdə insanların maksimum evdən çıxması üçün və digər şəxslərlə fiziki əlaqəsini azaltmaq üçün qəbul sistemində maksimum az sayda sənət tələb olunur qeydiyyat üçün. Əsas tələb olunan sənət şəxsiyyət vəsiqəsidir Azərbaycan respubliksında müvvəqəti və daimi yaşayan şəxslərin yaşayış sənətidir və yaq qaçqın statusu olan şəxslərin BMT qaçqınlar üzrə ali kamisarlığının təqdim etdiyi sənətin seriya nömrəsidir.

atv.az

Mənbə: www.atv.az