Biz birlikdə güclüyük! - Gündəlik yoluxma sayı sürətlə azalır

Biz birlikdə güclüyük! - Gündəlik yoluxma sayı sürətlə azalır

Ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya davam edir. Gündəlik yoluxma sayını iki rəqəmliyə salmağı bacarmışıq. Təbii ki, dinamikanın müsbətə doğru dəyişməsi dövlət tərəfindən vaxtında görülən tədbirlər və vətəndaşların qaydalara əməl etməsidir. Vəziyyətin daha yaxşı olmasını, karantin rejiminin tezliklə ləğv edilməsini istəyiriksə arxayınlaşmayaq və bir qədər də səbirli olaq.

Ölkəmizdə iyun iyul aylarında koronavirusa yoluxma ən pik həddə çatdı. Yoluxanların sayı hətta bəzi günlərdə 600-ə yaxınlaşdı. 29 iyun – 5 iyul tarixlərində həftəlik yoluxma sayı ən pik həddə yüksəldi. Bir həftə ərzində 3900 nəfər COVİD-19-a yoluxdu. Keçən həftəyə baxdığımızda bu rəqəmin 1125-ə qədər azaldığını görə bilərik. Dövlət tərəfindən vaxtında görülən tədbirlərin və vətəndaşların qaydalara əməl etməsi sayəsində 6 həftəyə ciddi nailiyyət əldə edildi.

Emin Məmmədov – həkim

Təbii ki, operativ qərargahın Təbibin vaxtında düzgün mövqeyi verilmiş qərarlar sayəsində əldə olundu. Vətəndaşların bütün bu çağırışlara verdiyi adekvat reaksiya sayəsində bu gün bu uğurlu nəticəni görə bilirik. Bir həkim olaraq mən tövsiyyə edirəm ki insanlar çox rahatlanmasın. Şəxsi gigiyenik vasitələrdən əl dezinfeksiyasını unutmasınlar. Xahişim odur ki, maska məsələsinə ciddi yanaşılsın. Yumuşaldılmış karantin o demək deyil ki, biz maskasız gəzə bilərik. STIK əldə etdiyimiz uöuru qoruyub saxlamaqda bizə dəstək olsunlar.

Ölkəmizdə koronavirusa ilk yoluxma faktı aşkarlandığı ilk gündən Azərbaycan dövləti vətəndaşının yanında olaraq vəziyyətin ağırlaşmaması üçün çox ciddi qərarlar qəbul etdi.

Jalə Əliyeva – millət vəkili

Birinci mərhələ dediyimiz bütün dünyanı demokratik , dövlətçilik ənənələri öyünə biləcək avropa dövlətlərinin elə bir problemi oldu ki STIK Belə bir şəraitdə azərbaycan bu mərhələni çox yaxşı başa vurdu. Və o zaman vətəndaş sanki arxayınlaşdı. Və nə oldu? Say artmağa başladı. Saylar artdıqdan sonra çağırışlara əməl edildi. Ən əsası biz düşünürük ki, hər zaman bütün məsələlərdə olduğu kimi vətəndaşla dövlət arasındakı birlik və həmrəylikdən doğdu.

Yoluxma saylarının azaldığını görüb arxayınlaşmayaq. Qoyulan tələblərə nə qədər ciddi əməl etsək bu virusa bir o qədər erkən qalib gələrik.

atv.az

Mənbə: www.atv.az