Yunanıstan bunun bədəlini mütləq ödəyəcək - Ağar

Yunanıstan bunun bədəlini mütləq ödəyəcək - Ağar

Yunanıstan həmişəki kimi Türkiyəni arxadan vurmaq istədi.

Axar.az xəbər verir ki, bunu terrorizmlə mübarizə üzrə mütəxəssis, məşhur türk hərbi ekspert Abdullah Ağar deyib.

“Yunanların Misirlə imzaladıqları müqaviləyə bənzər fəaliyyətləri tarix boyu həmişə olub. Afina Ankaranın gələcəyini yox edəcək bir sıra addımlar atmağa çalışır. Onlar Türkiyəni təhdid etməyə başlayıb. Yunanıstan təhdiddən başqa bir hərəkət edə bilmədi. Türkiyə donanması ilə yaxın zamanda buna lazım olan cavabı verəcək”, - hərbi ekspert bildirib.

A.Ağar qeyd edib ki, Yunanıstanın arxasında Qərb dövlətlər dayanıb:

“Əgər həqiqətən də qonşu olaraq yaşayacağıqsa, bilin ki, Türkiyənin yunanların dənizində, torpağında gözü yoxdur. Sadəcə ədalətli şəkildə paylaşım istəyirik. Ancaq Yunanıstan bununla razılaşmır və bunun bədəlini mütləq ödəyəcək”.

Mənbə: axar.az