Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərə yeni layihə təqdim edib

Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərə yeni layihə təqdim edib

Balakən, 11 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyi “Könüllülər ili” çərçivəsində gənclərə yeni layihə təqdim edib.

Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclər “Bizim KəndimİZ” layihəsi çərçivəsində rayonun Qazma kəndinə qonaq gedib, meyvə bağları və balıqçılıq təsərrüfatı ilə tanış olublar. Gənclər, həmçinin kənd təsərrüfatı işləri ilə də məşğul olub, meyvə bağlarından məhsul toplamaqda, həyətlərdə səliqə-sahman yaratmaqda kənd sakinlərinə kömək ediblər.

Layihənin məqsədi gəncləri kənd həyatı ilə, əməksevər insanlarla yaxından tanış etmək, onlarda əməyə, zəhmətə sevgi və maraq oyatmaqdır.

Kənd həyatı ilə tanışlıq gənclərin böyük marağına səbəb olub.

Mənbə: azertag.az