Bakıda şok hadisə: Azyaşlı qız fahişəliyə cəlb edildi

Bakıda şok hadisə:     Azyaşlı qız fahişəliyə cəlb edildi

Bakıda azyaşlı qız fahişəliyə cəlb edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Rayon sakini Lətafət Xəlilova yetkinlik yaşına çatmayan qıza hədə-qorxu gəlib, onu kişi müştərilərlə intim əlaqədə olmasını tələb edib.
Lətafət Xəlilovadan qorxan qız onun tələblərini yerinə yetirib. Yetkinlik yaşına çatmayan qız müxtəlif vaxtlarda kişi müştərilərlə görüşüb.
Bunun müqabilində Lətafət Xəlilova maddi gəlir əldə edib.

İstintaq orqanı tərəfindən Lətafət Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Lətafət Xəlilovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.
Fariz Məlikli
Demokrat.az

Mənbə: demokrat.az