Mavi və qırmızı: qeydiyyatdan keçən İLK koronavirus PEYVƏNDİnin FOTOLARI

Mavi və qırmızı: qeydiyyatdan keçən İLK koronavirus PEYVƏNDİnin FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Rusiyada dünyada ilk dəfə olaraq "COVID-19" virusuna qarşı peyvənd qeydiyyatdan keçib.
BiG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti elan edib.
Ölkənin Səhiyyə Nazirliyi qeydiyyatdan keçən peyvəndinin fotolarını yayıb.


İki komponentli vaksin insan adenovirusu əsasında hazırlanıb və tərkibinə "COVİD-19" virusunun komponetləri daxil deyil.

Peyvənd iki dəfə vurulur.

Vaksinin iki ilədək koronavirusa qarşı immuniteti qoruduğu ehtimal edilir.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az