Lukaşenkonun qadınları haqqında filmin müəllifi Minskdə yoxa çıxdı

Lukaşenkonun qadınları haqqında filmin müəllifi Minskdə yoxa çıxdı

Belarus prezidenti Aleksandr Lukaşenkonun qadınları haqqında çəkilən filmin müəllifi, jurnalist Stas İvaşkeviç paytaxt Minskdə yoxa çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə onun anası Alyona Radkeviç Facebook-da məlumat yayıb.

Onun sözlərinə görə, S.İvaşkeviçi artıq iki gündür tapmaq mümkün deyil. “Şahidlər onun tutulub saxlandığını deyirlər. Lakin hələ ki harda olduğunu bilən yoxdur,”-deyə xanım Radkeviç yazıb.

Yerli mətbuat Stas İvaşkeçviçin hələ filmin çəkilişləri zamanı nəzarətə götürüldyünü bildirir. Belaruslu jurnalist “Belsat” telekanalını əməkdaşıdır. Məhz həmin kanalda Aleksandr Lukaşenkonun model qadınlara olan qızğın həvəsindən bəhs edən sənədli material çıxıb.

Stas İvaşkeviç Belarusda saxlanılaraq naməlum istiqamətə götürülən yeganə media mənsubu deyil. Bu vaxta qədər Rusiyanın “Meduza” saytının müxbiri Maksim Solopovdan da xəbər yoxdur. Ondan başqa rusiyalı jurnalistlər Semyon Peqov, Dmitri Lasenko və Anton Starkov da sərt şəkildə saxlanılıb, daha sonra buraxılıb. “RİA Novosti” agentliyinin fotomüxbii İlya Pitalyovla da uzun müddət ələqəyə çıxmaq mümkün olmayıb. Son məlumatlarda onun xüsusi təcridxanada saxlanıldığı qeyd olunur.

 

 

Mənbə: moderator.az