NASA Beyrutdakı partlayışın peyk görüntülərini yayımladı - FOTO

NASA Beyrutdakı partlayışın peyk görüntülərini yayımladı - FOTO

NASA Livanın paytaxtı Beyrutda baş verən partlayışın peyk görüntülərini yayımlayıb.
"BakuPost" xəbər verir ki, NASA-nın açıqlamasında qırmızı bölgələrin ən çox zədələnmiş əraziləri, sarı hissələrin isə nisbətən daha az zərər dəyən yerləri əhatə etdiyi bildirilib.
Qeyd edək ki, 6 ildir Beyrut limanında saxlanılan 2750 ton ammonium nitratın partlamasından sonra baş verən hadisə nəticəsində yüzlərlə insan ölüb, 4 minə yaxın insan yaralanıb.

Mənbə: www.bakupost.az