Sosial şəbəkələri cənginə alan qumar marafonuna AzTV də qoşulub? (VİDEO)

Sosial şəbəkələri cənginə alan qumar marafonuna AzTV də qoşulub? (VİDEO)

Uzun müddətdir ki, sosial şəbəkələrdə onlayn kazino və mərc oyunlarının reklamı aparılır. Facebook-da "Mostbet", eləcə də Instagram-da "TV AZ Main" adlı səhifə isə bu dəfə Azərbaycan Dövlət Televiziyasının görüntülərindən istifadə edilərək, reklam çarxı yerləşdirilib.

Qaynarinfo HİT.Az-a istinadən xəbər verir ki, videoda "LifeBooster" adlı tətbiqin reklamı aparılır.

Haqlı olaraq belə bir sual ortaya çıxır.

Görəsən, AzTV də onlayn qumar marafonuna qoşulub?

Sözügedən videoçarxı təqdim edirik:

Mənbə: qaynarinfo.az