Rəqəmlərin azaldığını görüb arxayınlaşmayaq! - Bəzi ölkələrdə virusa yoluxma sayı yenidən artmağa başlayıb

Rəqəmlərin azaldığını görüb arxayınlaşmayaq! - Bəzi ölkələrdə virusa yoluxma sayı yenidən artmağa başlayıb

Ölkədə koronavirusa yoluxanların sayının 2 rəqəmli olması sevindirici haldır. Rəqəmlərin azalması çimərliklərlə yanaşı bəzi qapalı məkanların açılmasına da səbəb oldu. Bu müsbət tendensiyanın davamlı olması üçün isə rahatlaşmamaliyiq. Qaydalara əməl edək ki, Türkiyə və digər ölkələrdəki kimi bizim ölkədə də yoluxma sayı yenidən artmasın.

Gündəlik yoluxma saylarının 700 ə düşdüyü Türkiyədə bugünki göstərici heç də yaxşı deyil. Rəqəmlər yenidən 1200 ə qalxdı. Vəziyyətin müsbətə doğru getdiyi digər ölkələrdə də yenidən rəqəmlər artmağa başlayıb. Türkiyənin Celal Bayar Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının professoru Arzu Yorgancıoğlu deyir ki, bunun səbəbi insanların qaydalara əməl etmədən rahat davranması oldu.

Arzu Yorqancıoğlu – professor

Birinci dalga inerken daha ikinci piki yaşadık. Eylül ekimde bekliyorduk ikinci pik olmasını. Ne yazık ki, bitiremedik. Bitirmeme nedenimizde çok çok erken ve çok geniş bir şekilde normalleşmemiz. Önce 11 mayısda avmleri açtık. 1 Haziranda her yeri açtık. Ardından 2 milyon çocuğumuzun katıldığı üniversite sınavı oldu. Ardından ülkede 350 bin kişinin katıldığı ayasofyanın açılışı olduş.

Deməli Məhdudiyyətlər aradan götürülsə də, yenə də məsuliyyətli olmalıyıq. Yumuşalmalara arxayın olub. əksinə vəziyyətin gərginləşməsinə şərait yaratmamalıyıq.

Arzu Yorqancıoğlu – professor

Şimdi tabii ki, hem ekonomik açıdan hem sınavlar açısından bunların yapılması gerekiyor, amma bize düşün iş var müskelerimizi düzenli takmamız lazım. Sosyal mesafemizi korumamız lazım ve hijyene uymamız lazım. Özellikle plajlarda restortanlar insanlar kurallara uymadılar. Ben korkuyorum ki önümüzdeki hafta belki 2000 lere yaklaşa biliriz.

“Koronavirus hələ uzun müddət davam edəcək. Hər şey arxada qaldı demək düzgün deyil”. Bu sözləri isə Gürcüstanın xəstəliklərə nəzarət milli mərkəzinin müavini Paata İmnadze ATV xəbərə müsahibəsində bildirib.

Paata İmnadze - Xəstəliklərə Nəzarət Milli Mərkəzinin müavini

Virusa yoluxmaların qeydə alındığı ərazilərdə karntin tədbirlərini gücləndiririk. Belə hal Qardabani rayonunda olmuşdu. Virusa yoluxma hallarının qarşısıalınmaz həddə çatmaması üçün bütün lazimi ölçüləri götürmək lazımdır. Mütləq qapalı məkanlarda tibbi maskalardan istifadə olunmalı, yarım metrdən az olmamaq şərtilə sosial məsafə saxlanılmalı, açıq ərazilərdə də insanların sıx olduğu yerlərdə tibbi maska taxılmalıdır. Bu virus hələ uzun müddət davam edəcək. Hər şey arxada qaldı demək düzgün deyil. Virusun yayılmasının birinci, ikinci mərhələsinin fərqi yoxdur.

Göründüyü kimi sərhəd tanımayan virus yerindən aslı olmayaraq məsuliyyətsizliyin izindədir. Qaydalara qarşı ani biganəlik özünü dərhal biruzə verir, yoluxma sayını artırır. Biz də sayın iki rəqəmli olması sevincini yaşadığımız halda, qaydalara əməl edib, yüksəlişə yox, enişə dogru gedək.

atv.az

Mənbə: www.atv.az