Türkiyənin Marmara gölü quruma təhlükəsi ilə üzləşib

Türkiyənin Marmara gölü quruma təhlükəsi ilə üzləşib

İstanbul, 12 iyul, AZƏRTAC

Türkiyənin Manisa vilayətində yerləşən Marmara gölü quruma təhlükəsi ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, bir çox nadir quş növünün məskəni olan, quş cənnəti olaraq tanınan gölün ən dərin hissəsində hazırda suyun səviyyəsi 50 santimetrdir.

Bölgədəki yeddi yaşayış ərazisini su ilə təmin edən gölün quruması yerli əhalidə təşviş yaratmaqla yanaşı, bölgədə balıqçılığın tənəzzülünə da səbəb olub. Hər zaman, xüsusilə ilin bu vaxtları balıqçı qayıqları ilə dolu olan bu göldə hazırda nə balıq, nə də başqa bir canlı növünə rast gəlmək mümkün deyil.

Mütəxəssislər baş vermiş hadisəni iqlim dəyişikliyi ilə izah edirlər.

Mənbə: azertag.az