Okeana qan töküb köpək balıqlarının arasına girdi - MARAQLI...+ FOTOLAR

Okeana qan töküb köpək balıqlarının arasına girdi - MARAQLI...+ FOTOLAR

Bermuda Adalarında yaşayan ABŞ-lı yutuber Mark Rober köpək balıqlarının qidalanma üstünlüklərini öyrənmək üçün okeana insan və balıq qanı töküb. Nəticədə köpək balıqlarının balıq qanına üstünlük verdiklərini müşahidə edib.

Moderator.az xəbər verir ki, sözügedən yutuber sınağa ilk olaraq qan pompalayan bir sistemə sahib olan taxtalar hazırlayaq başlayıb. Məşhur yutuber hazırladığı taxtadakı pompadan qanları suya tökərək köpək balıqlarının hansı qana üstünlük verdiklərini sınaqdan keçirib.

Apardığı sınağı dronla görüntüləyən yutuber balıq qanı yayılan taxtaya təxminən 134 dəfə daha çox üstünlük verildiyini görüb. Digər tərəfdən köpək balıqlarının insan və inək qanının qarışığının yayıldığı taxtaya 20 dəfə yaxınlaşdığını müşahidə edib.

Çılğın yutuber bununla da kifayətlənməyib sualtı kostyumu ilə təcrübə üçün xüsusi hazırlanmış qəfəslə okeanın dibinə enib. Bundan sonra əlindəki balıq və insan qanının olduğu torbaları partladıb, ancaq nəticə yenə dəyişməyib. Köpək balıqları yenidən balıq qanının olduğu tərəfə doğru irəliləyib.

Kamran

 

 

Mənbə: moderator.az