Əhalinin vaksinasiyaya münasibəti pisləşib: Epidemiya yoxdursa, niyə vaksin vurursuz

Əhalinin vaksinasiyaya münasibəti pisləşib: Epidemiya yoxdursa, niyə vaksin vurursuz

Rusiya Səhiyyə Nazirliyinin epidemioloqu: "Aparılan tədqiqatlar göstərir ki, son illər əhali və səhiyyə işçiləri arasında vaksinasiyaya inam daha da pisləşib"

 Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin ştatdankənar epidemioloqu Nikolay Briko yalnız əhali arasında deyil, həkimlər arasında da vaksinasiyaya etibarın azaldığını .

"Aparılan tədqiqatlar və bizim də apardığımız araşdırmalar göstərir ki, son illər əhali arasında da, səhiyyə işçiləri arasında da vaksinasiyaya inam daha da pisləşib", - deyə o, "Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumunda bildirib. Epidemioloq qeyd edib ki, bu, izaholunandır. Vaksinasiya öz uğurlarının girovuna çevrilib. Çünki o, bir çox infeksion xəstəliklərə qarşı mübarizədə təsirli uğurlar qazanmağa, çiçəyi məğlub etməyə imkan verib.

"Hər şeyin sakit və sabit olduğu, belə bir epidemiyanın artıq olmadığı bu dalğada valideynlər düşünməyə başladılar ki, niyə uşağını, özünü peyvəndlətsinlər ki? Birdən ağırlaşma oldu? Yeri gəlmişkən, bu effekt ruletkada da işləyir", - deyə Briko izah edib.

O əlavə edib ki, fərdi immunitetdən başqa, kollektiv immunitet də var. Bu, yüksək olmalıdır, kollektiv immunitet 95% olanda, infeksiya yayılmır, 60% faizdə isə vəziyyət fərqlidir.

"Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumu bu il avqustun 11-dən 13-dək Moskvada keçirilir.

Mənbə: sputnik.az