Rusiyanın koronavirus vaksininin - TƏQRİBİ QİYMƏTİ AÇIQLANDI

Rusiyanın koronavirus vaksininin - TƏQRİBİ QİYMƏTİ AÇIQLANDI

Rusiyada istehsalına başlanılan koronavirus vaksininin təqribi ixrac qiyməti məlum olub.

FED.az xəbər verir ki, «R-Farm» şirkətinin direktorların şurasının sədri Aleksey Repik bildirib ki, xarici ölkələrə ixrac edilərkən Rusiya vaksininin iki dozası üçün qiymət 10 dollardan ucuz olmayacaq. «Bizim qiymətləndirməmizə görə, iki dozanın qiyməti 10 dollardan aşağı olmayacaq»-deyə şirkət rəhbəri bildirib.

Repik bildirib ki, bu qiymət vaksinin ilkin buraxılışına aiddir: «həmin partiya baha olacaq». Vaksin istehsalı üzrə istehsalartdıqca, qiymətlər də aşağı düşəcək.

Xatırladaq ki, davqustun 11-də Rusiya koronavirusa qarşı vaksini qeydiyyatdan keçirib. «Sputnik V» adlandırılan preparat satışa 2021-ci ilin yanvarın 1-dən buraxılacaq. Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun qızlarından biri vaksini özündə sınaqdan keçirib.

Mənbə: fed.az