Türkiyədə yenidən ciddi koronavirus tədbirləri tətbiq olunur

Türkiyədə yenidən ciddi koronavirus tədbirləri tətbiq olunur

Qaziantəpədə yeni növ koronavirusa qarşı tədbirlər geri qayıdır.

Belə ki, 65 yaşdan yuxarı şəxslərin toylarda iştirakı, bazarlara getməyi, ictimai nəqliyyatdan istifadəsi məhdudlaşdırılıb.

Cebhe.info xəbər verir ki, Qaziantəp valisi Davud Gül yeni qərarları sosial media hesabından bildirib.

Davud Gül koronavirusun ən çox yaşlılara təsir etdiyini deyib:

"65 yaşdan yuxarı ulu çinarlarımızı birlikdə qorumalıyıq. Qaziantəpədə gəlin və bəyin anası, atası, babası, nənəsi xaricində 65 yaşdan yuxarı şəxslərin toylarda iştirakı qadağan edilmişdir. İctimai nəqliyyatda yoluxma riski artdığından səhər 07:00-10:00, axşam 17:00-20:00 saatlarında 65 yaşdan yuxarı şəxslərin nəqliyyatdan istifadəsi qadağan edilmişdir. Həmçinin 18:00-dan sonra meyvə-tərəvəz bazarlarına getməkləri qadağandır".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info