Argentina və Meksika da koronavirusun peyvəndi istehsal ediləcək

Argentina və Meksika da koronavirusun peyvəndi istehsal ediləcək

Oksford Universitetinin koronavirusun peyvəndi ilə bağlı fəaliyyəti davam etdirildiyi bir vaxtda, vaksini istehsal edəcək iki ölkə müəyyən edilib.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, Argentina Prezidenti Alberto Fernandez, Oksford tərəfindən koronavirusa qarşı hazırlanan peyvəndin Argentina və Meksika da istehsal ediləcəyini açıqlayıb.

Mətbuat konfransı keçirən Prezident, Oxford Vaksin Qrupu və Jenner İnstitutu ilə birlikdə hazırlanan və 3-cü test mərhələsində olan peyvəndin Latın Amerikası ölkələri üçün Argentina və Meksika da istehsal ediləcəyini açıqlayıb.

Albero Fernandez, 2021-ci ilin ilk yarısında alınması planlaşdırılan vaksinin, Braziliya istisna edilməklə digər Latın Amerikası ölkələri üçün 150 ilə 250 milyon doza arasında istehsal ediləcəyini bildirib.

Argentina prezidenti peyvənd qiymətinin hər doza üçün 3-4 dollar arasında olacağını deyib.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info