800 milyondan çox uşaq məktəblərdə əllərini yumur

800 milyondan çox uşaq məktəblərdə əllərini yumur

Bu fikirlər Ümumdanya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) tərəfindən açıqlanıb.XəbərOxu.Az CNN-ə istinadən bildirir ki, qurumlar tərəfindən “Covid-19” pandemiyası dönəmində məktəblərin açılması ilə bağlı qərarlar qəbul edilmədən öncə, yoluxmanın qarşısını almaq üçün gigiyena qaydalarına və digər qaydalara əməl etməyin vacibliyi vurğulanıb.“Covid-19 pandemiyası səbəbiylə yoluxma riski yüksək olduğu açıqlanan 60 ölkədə hər iki məktəbdən birində ciddi su və sanitar problemlər var. Əl yumaq üçün su sisteminə sahib olmayan məktəblərdə 818 milyon uşaq təhsil alır. Bu uşaqların 355 milyonunun – Şimali Afrika və Qərbi-Asiyada - su təminatı olsa da, sabun ehtiyatları yoxdur. Digər 462 milyon uşağın isə davamlı olaraq əl yumaq imkanı yoxdur”.ÜST və UNİCEF virusa yoluxmanın qarşısını almaq məqsədilə “Hərkəs üçün əl gigiyenası” layihəsini İyun ayından etibarən davam etdirir.

Mənbə: www.xeberoxu.az