Son sutkada İraqda 3 min 441 nəfər koronavirusa yoluxub, 57 nəfər vəfat edib

Son sutkada İraqda 3 min 441 nəfər koronavirusa yoluxub, 57 nəfər vəfat edib

 

Tehran, 13 avqust, AZƏRTAC

Yeni növ koronavirusun İraqda geniş yayılmasının qarşısını almaq məqsədilə hökumət tibbi maskadan istifadəni məcburi edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Nəzərə çatdırılıb ki, son sutka ərzində İraqda 3 min 441 nəfər virusa yoluxub, 57 nəfər isə vəfat edib. Bununla da İraqda yoluxanların ümumi sayı 160 min 436 nəfərə, ölənlərin sayı isə 5 min 588-ə çatıb. İraqın müxtəlif şəhərlərində fəaliyyət göstərən xüsusi xəstəxanalarda müalicə alan 114 min 541 nəfər sağalaraq evə buraxılıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az