Bugünkü qəbul imtahanında nələr yaşandı? - Video

Bugünkü qəbul imtahanında nələr yaşandı? - Video

Bu gün avqustun 13-də ölkədə Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə qeyd olunan qruplar üzrə imtahanlar 2 gün ərzində, yəni, avqustun 13-ü və 14-ü tarixlərində həyata keçirilir.

Səhər saat 11:00-da başlayan imtahan zamanı bütün iştirakçıların bədən hərarətləri məsafədən ölçə bilən elektron termometrlə yoxlanılıb, daha sonra onlar imtahan binasına buraxılıblar.

İmtahanı yaxından izləmək üçün “TV Müsavat”ın əməkdaşları olaraq paytaxtın Nizami rayonu ərazisində yerləşən 177 saylı orta məktəbin qarşısında olduq. Övladları imtahan verən valideynlərlə söhbət edib, abituriyentlərdən imtahan prosesi ilə bağlı təəssüratlarını öyrəndik.

Təhsil eksperti Kamran Əsədov isə "TV Musavat"a bugünkü imtahan haqda təhlillərini bildirdi.

Videoreportajı təqdim edirik:

piaaz

Mənbə: pia.az