Nazirlik: “100 məhkum cəzadan tamamilə azad edilib”

Cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1.000-dək məhkumun işləri öyrənilib və yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib , 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bu ölkələr Belarusa kömək təklif etdi

SONRAKI XƏBƏR

Favorit Codur: Baydenin qalib gələcəyi proqnozlaşdırılır