Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

Xeberler.az bildirir ki, Təhsil Nazirliyi yeni dərs ilində təhsilin təşkili ilə bağlı Təhsil İnstitutunun təkliflərini təqdim edib.

Həmin təkliflərlə bağlı Azərrbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

 

"Sənədi nəzərdən keçirdim . Təklif olunan Modellər içərisində Ənənəvi forma yoxdur. Hibrid (Qarışıq) və Distant təklif olunur.

 

Təhsil İnstitunun Pandemiya dövründə təhsilin təşkili üçün göstərdiyi səylər təqdirə layiqdir . Hiss olunur ki müəyyən araşdırmalar aparılıb.

 

Bununla belə mən ciddi resurslara malik institutdan daha işlək, daha reallığa söykənən və əhatəli təkliflər gözləyirdim.

 

Təklif olunan modellər mövcud vəziyyətə uyğun olan modellər olsa da, onun reallaşması mexanizmləri, texniki-texnoloji təminat və təhsil alanlar və təhsil verənlərin bacarıq-vərdişləri baxımından qaranlıqdır.

 

Fikrimcə Təhsil İnstitu təkliflərində aşağıdakı suallara aydınlıq gətirməliydi:

 

1. Şagirdlərin, tələbələrin və müəllimlərin distant və hibrid təhsil forması prosesində iştirakı üçün zəruri olan texniki-texnoloji təminata kim cavabdehdir?

 

Ümumiyyətlə, belə bir təminatın özü hansı səviyyədədir?

 

2. Ölkə üzrə keyfiyyətli internet infrastrukturu mövcud olmayan ərazilərdə təklif olunan modellə tədrisi necə qurmaq mümkün olacaq? Təhsil İnstitu, Təhsil Nazirliyi, Hökumət bu problemin həllini necə görür. Təxminən 50% məktəbin yerləşdiyi ərazilərdə belə bir ciddi problem var.

 

3.Universitetlərdə , özəl məktəblərdə tələbələrin və şagirdlərin distant təhsil formasına keçidi təhsil haqlarının da aşağı endirilməsini nəzərdə tuturmu"?

Xeberler.az

ƏVVƏLKİ XƏBƏR

Heydər Əliyev Eldar Həsənovu işdən niyə çıxarmışdı? - “Açın pəncərələri, prokurorluqda olan qeyri-sağlam ab-havanı təmizləyin”

SONRAKI XƏBƏR

Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun Minsk Qrupunun həmsədri statusuna ziddir