Yeni təhsil nazirindən qərar: Nazirliyə 1,6 milyon manatlıq mebel alınır

Bu günlərdə ölkə başçısının sərəncamı ilə yeni təyin olunan təhsil naziri Emin Əmrullayev vəzifəsinin icrasına başlar-başlamaz, Təhsil Nazirliyi tender elan edib.

İndex.az xəbər verir ki, artıq Təhsil Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin alınması ilə bağlı elan edilımiş tenderə yekun vurulub.

Belə ki, Təhsil Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərinan alınbası ilə bağlı elan edilmiş tenderin qalibi də məlumdur. Bu, “Nərmin-H.N” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Nazirlik bu şirkətə 1 610 904 manat vəsait ödəyəcək.

Qeyd edək ki, “Nərmin-H.N” dövlətə 218,31 manat vergi borcu mövcuddur.

Index.az

ƏVVƏLKİ XƏBƏR

Daha bir ölkə Rusiyanın peyvəndini alır

SONRAKI XƏBƏR

Küveyt parlamenti Livan xalqına dəstək oldu