Ukraynada günlük yoluxma sayında yeni rekord

Ukraynada son 24 saat ərzində 1 732 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb. Ölkədə ümumi yoluxma sayı 87 872-yə çatıb. Bu günə qədər xəstəlik səbəbindən 2 011 nəfər həyatını itirib.

Qeyd edək ki, son günlər yoluxma sayının artdığı Ukraynada bir gün əvvəl də 1 592 yoluxma faktının aşkarlanması ilə rekord qeydə alınmışdı.

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

"Bir gün döyüşməkdənsə, 10 il danışıqlar aparmaq yaxşıdır!" -

SONRAKI XƏBƏR

Daha bir ölkə Rusiyanın peyvəndini alır