Atambayevin həbs qərarı qüvvədə saxlanıb

Atambayevin həbs qərarı qüvvədə saxlanıb

Bakı. Trend:

Qırğızıstanın Bişkek şəhər məhkəməsi ölkənin sabiq prezidenti Almazbek Atambayevin həbs qərarını qüvvədə saxlayıb.

Trend-in məlumatına görə, birinci instansiya məhkəməsinin qərarı ilə bağlı həm müdafiə, həm də ittiham tərəfi apellyasiya şikayəti vermişdi.

Qeyd edək ki, A.Atambayev iyunun 23-də korrupsiya ittihamı ilə 11 il 2 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Mənbə: az.trend.az