İmişlidə aztəminatlı ailələrə sovqat paylanılıb - Fotolar

İmişlidə aztəminatlı ailələrə sovqat paylanılıb  - Fotolar

 

“Paşa Holding” MMC-nin təşəbbüsü və İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun şəhər, qəsəbə və kəndlərində yaşayan 300 aztəminatlı ailəyə baş çəkilərək, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, aksiya iştirakçıları gündəlik ərzaq məhsullarından ibarət bağlamaları yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə, Qarabağ qazilərinə, şəhid və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə çatdırıb.

Tədbir çərçivəsində rayonun Qızılkənd kəndində yaşayan 100 yaşlı Seyidova Səriyyə Mirsəl qızı da ziyarət edilib və ona da sovqat dolu bağlamalar təqdim edilib. Tədbir zamanı rayon İcra Hakimiyyəti başçısı cəmiyyətin inkişafında danılmaz xidmətləri olan ahıllara həmişə yüksək qiymət verilməsini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ahıl insanlarla bağlı gerçəkləşdirdiyi ardıcıl tədbirlərin böyük razılıqla qarşılanmasını da qeyd edib. Keçirilən belə sosial aksiya ölkəmizdə koronovirus (COVİD-19) pandemiyası dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, şəhid və aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir daha dəstək oldu.⠀

İmişli sakinləri göstərilən diqqət və qayğıya görə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

 

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi

Mənbə: qafqazinfo.az