Koronavirus havada da canlı qalır: Xəstə ilə təmas etmədən də yoluxmaq olar - YENİLİK

Alimlər ilk dəfə havada canlı koronavirus tapıldığını elan edib.

Cebhe.info xəbər verir ki, bu barədə Almaniyanın məşhur “Der Spiegel" jurnalı yazıb.

Qeyd olunur ki, virusun havadan yayılması ilə bağlı fakt Avropada yoluxmalar başlayandan bir neçə həftə sonra müəyyən edilib. Ancaq indiyə qədər elə hesab olunurdu ki, havadakı mikrohissəciklərə virusun ancaq bir hisssi yapışa bilər.

İndi isə Amerika alimləri havadakı hissəciklərə canlı virusların yapışa biləcəyini aşkarlayıb. Tədqiqat zamanı onlar təsdiqlənmiş koronavirusu olan insanlardan 2-5 metr məsafədən hava nümunələri götürüblər. Nəticədə bu insanların xəstə insanlarla fiziki təmas etmədən koronavirusa yoluxduğunun mümkünlüyü təsdiqlənib.

Nəşrin yazdığına gör, bu ilin iyulunda Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un insanın nəfəs aldığı havayla da yoluxmasının mümkünlüyünü bildirib. Bu tədqiqat da həmin qənaəti təsdiqləmiş olub.

Xəzər
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Həbib Müntəzir və Qənimət Zahidin erməni maraqları FOTOLAR

SONRAKI XƏBƏR

İcra hakimiyyətindən ağacların dibinin betonlanması xəbərinə reaksiya