Əsgərə məktub: Salam, Vətənimizin qüruru - əsgəri!

Əsgərə məktub: Salam, Vətənimizin qüruru - əsgəri!

Salam, Vətənimizin qüruru - əsgəri! Sən məni bəlkə də heç vaxt tanımayacaqsan. Amma mən sənin qüdrətinə bələdəm, deməli, tanıyıram. Sən Vətənini canından üstün tutursan. Mən və mənim ailəm döyüş bölgəsindən uzaqda yaşasaq da, ürəyimiz sizinlədir.

Vətənin səngərini də Vətən bilən, Vətəni qoruyan Azərbaycanın əsgəri, eşq olsun sizə. Vətən evimizdir, Vətən sərhəddən başlayır. Sərhəddə düşmənlə üz-üzə dayanan mərd və qorxu bilməyən Azərbaycan əsgəri.

Bu günlərdə cəbhədə vəziyyət gərginləşmişdi. Ermənilər dövlət sərhədlərimizi pozmuşdu. Sən də, sənin əsgər qardaşların da düşməni ağır məğlubiyyətə uğratdı. Onlar bir daha gördülər ki, Azərbaycan əsgəri yenilməzdir. Sənə və əsgər yoldaşlarına hamımızın güvənci sonsuzdur. Sizin sayənizdə mən bu gün rahat nəfəs alıram. Buna görə də hər nəfəsdə sizə təşəkkür edirəm. Çünki sizə, torpağa dəyən bir güllə, bir qəlpə bizim ürəyimizi dəlib keçir. O yaraların məlhəmi ancaq sizin qazanacağınız qələbə olacaq. Əgər uşaq olmasaydım mən də əlimə silah götürüb sizin yanınızda olardım. Təəssüf ki, bunu edə bilmirəm. Özün də unutma, əsgər dostlarına da de ki, biz yanınızda ola bilməsək də, ürəyimiz hər zaman sizinlədir. Bilirəm qorxmursunuz. Bacınız kimi mən yenə də deyirəm, siz qalib gələcəksiniz. Siz türk oğlu, Azərbaycan əsgərisiniz. Mən buna əminəm!

Mələk Mehrablı,
Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi

Ordu.az

 

Mənbə: ordu.az