81 yaşlı Parkinson xəstəsi koronavirusa qalib gəlib

81 yaşlı Parkinson xəstəsi koronavirusa qalib gəlib

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında koronavirusla mübarizədə daha bir uğurlu nəticə əldə olunub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klinikanın həkimlərinin böyük səyi nəticəsində koronavirusa yoluxmuş 81 yaşlı Nəriman Məşədiyev xəstəliyə tamamilə qalib gəlib.

Qeyd edək ki, ahıl yaşda olan N.Məşədiyevin həmdə Parkinson xəstəliyindən əziyyət çəkməsi onun durumunu daha da ağırlaşdırmışdı. İyulun 17-də klinikanın reanimasiya şöbəsinə daxil olan xəstənin vəziyyəti çox ağır olub. Lakin klinikanın fədakar personalının səyi ilə 81 yaşlı xəstəni tam sağaltmaq mümkün olub. N.Məşədiyev koronavirusa qalib gələrək klinikadan evə buraxılıb.

Mənbə: azertag.az