Uşaqlarda virus infeksiyalarının müalicəsi

Uşaqlarda virus infeksiyalarının müalicəsi

Kəskin respirator virus infeksiyası uşaqlar arasında geniş yayılmış patologiyadır (ildə 6-10 dəfə) və müxtəlif dərman preparatlarının kompleks şəklində istifadəsini tələb edir, bu da immunbioloji rezistentliyə, eləcə də əlavə effektlərin geniş spektrinin inkişafına gətirib çıxarır. Yüksək səviyyəli təhlükəsizliyə malik effektiv dərman preparatlarına Heel şirkətinin kompleks biotənzimləyici preparatları aiddir.

Müxtəlif etiologiyalı kəskin respirator virus infeksiyaları oxşar epidemioloji, patogenetik və kliniki xüsusiyyətlər daşıyır. KRVİ-nin etioloji strukturu kifayət qədər (olduqca) heterogendir. 200-dən çox müxtəlif virus xəstəlik törədicisi ola bilər, ən çox qrip virusu (A, B, C növü), paraqripp (4 növü), adenoviruslar (40-dan çox serotiplər), respirator-sinsitial virus, rinovirus, daha az – koronaviruslar, metapnevmoviruslar, bokaviruslar ola bilər. Təqribən 10% halda KRVİ bakterial infeksiya ilə ağırlaşa bilər.

Tez-tez baş verən infeksiyalar allergiyaya, orqanizmin reaktivliyinin azalmasına səbəb olur, uşağın fiziki və psixomotor inkişafına neqativ təsir edir, LOR-orqanların və bronx-ağciyər sistemində iltihabın xronikləşməsinə gətirib çıxarır. KRVİ-nin tezliyinin və müddətinin azalması, həmçinin bakterial ağırlaşmaların sayı vaxtında təyin edilmiş və adekvat müalicədən asılıdır, bu müalicə kompleks olmalı və hər konkret hadisəyə individual yanaşılmalıdır.

KRİ-nin (kəskin respirator infeksiyaların) virus etiologiyalı olmasını nəzərə almaqla, etiotrop terapiyanın əsasını virusəleyhinə preparatlar təşkil etməlidir. Lakin, əksər respirator viruslar üçün pediatrik praktikada yüksək effektli və təhlükəsiz kimyəvi preparatlar hələki yoxdur. KRVİ-nin müalicəsində interferonun (İFN) preparatları və onların induktorları geniş tətbiq olunmaqdadır. Amma virus infeksiyalarının yüngül formasında (xüsusən rekombinant İFN-də) onların istifadəsi qeyri-rasional hesab edilir.

Bundan əlavə, effektlər: İFN-nin induktorlarının qəbulu nəticəsində orqanizmdə hiporeaktivlik, yüksək toksiklik, DNT ilə davamlı komplekslər yarana bilər. Yuxarıda deyilənlərə əsasən bu preparatların profilaktik məqsədlə, yüngül formalı KRVİ-də, həmçinin erkən yaşlı uşaqlarda istifadəsi məhdudlaşdırılır. Pediatrik praktikada KRVİ-nin terapiyasında Viburcol preparatı rektal şam formasında geniş yer almışdır. Viburcol kompleks biotənzimləyici preparatdır; o, kiçik pasiyentlər tərəfindən yaxşı qəbul edilir və infeksiyanın ilkin mərhələsində orqanizmə təsir edir. Preparat ağrıkəsici, spazmolitik, sedativ və dezintoksikasion təsir göstərir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com