Olimpiya çempionu Belarus xalqına müraciət etdi: “Möhkəm olun”!

Olimpiya çempionu Belarus xalqına müraciət etdi: “Möhkəm olun”!

Fiqirlu konki üzrə Olimpiya çempionu Aleksey Yaqudin Belarus xalqında müraicət edib.

Cebhe.info xəbər verir ki, o, sosial şəbəkə hesabındakı müraciətində xalqın istədiyi kimi yaşamaq hüququnun olduğunu bildirib:

"Mən sevimli ölkədəki vəziyyətlə bağlı çox narahatam. Bacılar və qardaşlar, mən bu ölkəni sevirəm, siz çox qonaqpərvər xalqsınız. İstədiyniz kimi yaşamağa tam hüququnuz var. Ümid edirəm ki, yaxın zamanda bu zorakılıq bitəcək. Möhkəm olun!"

Xatırladaq ki, Yaqutinin Belarusda fiqurlu konki sürmə üzrə təlim mərkəzi var.

Belarusda 9 avqustdakı seçkidən sonra vəziyyət gərginləşib. Aleksandr Lukaşenkonun növbəti dəfə prezidentliyinə etirazlar səngimir.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info