Lukaşenkoya “Get” deyənlərin sayı artır: Zavod və xəstəxanalar da qoşulub

Lukaşenkoya “Get” deyənlərin sayı artır: Zavod və xəstəxanalar da qoşulub

Belarusdakı etiraz aksiyalarına müəssisələr və xəstəxanalar da qoşulub.

Cebhe.info xəbər verir ki, paytaxt Minsk və digər şəhərlərdə zavodların qarşısında vətəndaş mövqeyini ifadə etmək istəyən insanlar toplaşıblar.

Kozlov adına zavod, Minsk elektrik avadanlıqları zavodu və digərləri etiraz aksiayasına qoşulduqlarını rəsmən bəyan edib. Bölgələrdəki müəssisələrin də işçiləri "Get" aksiyasına qoşulub. Minsk xəstəxanalarının tibb heyəti də aksiyanı dəstəkləyib.

Artıq br neçə xəstəxana bununla bağlı vdeoçarxlar yayınlayıb. 4 saylı, 10 saylı şəhər xəstəxanalarının həkim heyəti Lukaşenkonun növbəti dəfə prezidentliyi ilə razılaşmır. Onlar həbs olunanların azad ediləcəyi günə qədər aksiyanı davam etdirəcəklər. Həmçinin həbslərə görə üzr və təzminat da istənilir.

Xatırladaq ki, 9 avqustda keçirilən seçkinin rəsmi nəticəsinə görə, Lukaşenko 80 faiz səs toplayıb. Onun rəqibi Svetlana Tixanovskaya isə 10 faizədən artıq səs yığıb. Ancaq hazırda Litvada olan Tixanovskaya bildirib ki, seçicilərin 70 faizi ona səs verib.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info