Bu ilin altı ayı ərzində 83 körpə ev şəraitində doğulub

“Ev şəraitində doğulan uşaqların aşkar olunması sahəsində bir sıra işlər görülüb, maarifləndirmə işləri aparılıb”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, 2019-cu ildə 148, 2020-ci ilin altı ayı ərzində 83 körpə ev şəraitində doğulub.

“139 körpənin sənədləşmə işi həyata keçirilib, qalanlarının valideynlərinə isə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsində hüquqi yardım göstərilib”, - deyə xidmət rəisi vurğulayıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İnam Kərimovun çevrəsində də HƏBSLƏR OLA BİLƏR... - "Gülümsərovlar" elmi təcrübə adı altında BÜDCƏNİ DAĞIDIR

SONRAKI XƏBƏR

Premyer Liqa klublarının baş məşqçiləri Qəbələ toplanışından danışdı - Video