Çexiyada rus diplomat saxlanıldı

Çexiyada rus diplomat saxlanıldı

İyun ayında Çexiyada Rusiya səfirliyinin əməkdaşı saxlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Çex” radiosu yayıb. Məlumata görə, səfirlik əməkdaşı tüfəng patronlarının qeyri-qanuni alışını həyata keçirən zaman tutulub.

Onun Praqa yaxınlığındakı Rjiçanı şəhərində tutulduğu vurğulanıb.

Ələ keçirilən şəxsin polisə özünün diplomatik pasportunu təqdim etməsindən sonra o, azadlığa buraxılıb. İnsidentdən az sonra o, Çexiyanı tərk edib.

Mənbə: axar.az