Mingəçevirdə karantin rejimini pozan şəxs cərimələndi - Gizli fəaliyyət göstərən restoran aşkarlandı

Mingəçevirdə karantin rejimini pozan şəxs cərimələndi - Gizli fəaliyyət göstərən restoran aşkarlandı

Mingəçevirdə gizli fəaliyyət göstərən restoran aşkar edilib. Şəhərin Heydər Hüseynov küçəsində yerləşən restoran sahibinin qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub. Polisin iştirakı ilə restoranın fəaliyyəti dayandırılıb. Obyektin icarədarı Yaşar Mövsümov məhkəmənin qərarı ilə 3100 manat cərimə edilib.

Yaşar Mövsümov – restoranın sahibi

Karantin qaydalarını pozub restoran işlətmişəm, müştəri qəbul etmişəm, şöbə tərəfindən aşkar edilib və məhkəməyə verilib. Etdiyim əməldən də peşimançılıq çəkirəm

atv.az

Mənbə: www.atv.az