Erməni təxribatının fəsadları aradan qaldırılır - Dinc əhaliyə məxsus 60 evə ziyan dəyib

Erməni təxribatının fəsadları aradan qaldırılır - Dinc əhaliyə məxsus 60 evə ziyan dəyib

Tovuzda ermənilərin təxribatı nəticəsində ziyan dəyən evlərin bərpası davam edir. Müəyyən edilib ki, təxribat nəticəsində dinc əhaliyə məxsus 60 evə ziyan dəyib. onlarin bəzisi sökülür, bəzisi isə təmir olunur

Qoşqar Abdullayev - kənd sakini

Bax gördüyünüz bu çartlarda bu atışma vaxtı olub heç bir yerə çıxmırıq heç bir yerə getmirik.Evin kirişasında da var Evimin içərisində də dörd eş dənə çartlar əmələ glib

Tovuzun Vahidli kənd sakini Qoşqar Abdullayevin evi bir ay öncə ermənilərin təxribatı nəticəsində yararsız vəziyyətə düşüb. Indi isə evdə təmir bərpa işləri aparılır. Işlərin icrası dövlət başçısının tapşırığıi ilə həyata keçirilir.

Rasim Sadıqov - iş icraçısı

Möhtərəm cənab prezidentin imzaladığı müvafiq sərəncam ilə əlaqədar olaraq dərhal işə başlanılmışdır.İlkin olaraq mütəxəsislərin rəyi nəticəsində artireliya atəşi nəticəsində zərər çəkmiş evlərin söküntüsünə həmçinin ərazinin təmizlənməsinə və təmir-bərpa işərinə başlanılmışdır.

Evləri zərər çəkən digər sakinlər də görülən işlərdən razıdırlar.

Laləzar Quliyeva - kənd sakini

Kənddə çox sayda evlər dağılıb.Hamısında da iş gedir noldam yəni demək istiyirəm tam təzədən təmir olunur.

Gülbəniz Tağıyeva – kənd sakini

Ermənilərin son hadisələri zamanı güclü o atəşmalar zamanı bizim evləriizə ziyan dəydi.Sağolsun bizim prezidentimiz ulu öndər davamçısı Heydər Əliyev kursunun davamçısı bizə hər an diqət və qayğısını göstərir.

İşlərin həyata keçirilməsinə Fövqəladı Hallar Nazirliyi nəzarət edir. Nazirliyin sektor müdiri Amir Məmmədov bildirir ki, dinc əhaliyə məxsus 60 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. qəzalı evlərin yerinə tkiləcək yeni evlər əvvəlki evlərdən fərqli olacaq.

Amir Məmmdov- FHN-nin sektor müdiri

Prezidentin sərəncamından irəli gələn məsələləri qısa və aperativqısa müddətdə həyata keçirmək üçün mütəxəsislərimiz tərəfindən monitorinqlər aparılmış qəzalə, bərpa olunası təmir olunası evlərin sayı müəyyən edilmişdir. Mütəxəssislər tərəfindən təxminən 60 yaxın evə ziyan dəymişdir,onlardan bir neçəsi sökülüb yenidən tikilməlidir 50 yaxın evə isə təmir və bərpa işləri aparılmalıdır.

İyulun 12-də azərbaycan- ermənistan sərhədində tovuz rayonu istiqamətində Erməni təxribati nəticəsində rayonun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə ciddi ziyan dəyib. Dövlət başçısının sərəncamı ilə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1milyon manat vəsait ayrılıb.

atv.az

Mənbə: www.atv.az