Kolleclərdə dərs deyən müəllimlərin sayı açıqlanıb

Kolleclərdə dərs deyən müəllimlərin sayı açıqlanıb

Bakı, 15 avqust, AZƏRTAC

Tədris ilinin əvvəlinə Azərbaycanda orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) çalışan professor və müəllimlərin sayı açıqlanıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda uşaqlar” adlı məcmuəsinə istinadla xəbər verir ki, 2019-2020-ci tədris ilində bu təhsil müəssisələrində 6056 nəfər pedaqoji fəaliyyətlə məşğul olub. Onlardan 12-si elmlər doktoru, 97-si fəlsəfə doktoru, 6-sı professor, 20-si dosentdir.

Mənbə: azertag.az