“Yumşalmalar olduqca yoluxanların artması gözlənilən idi”

“Yumşalmalar olduqca yoluxanların artması gözlənilən idi”

"Yumşalmalar olduqca yoluxanların sayının artması da gözlənilən idi". "Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, yoluxma saylarında son günlər qeydə alınan kiçik atmalarm vətəndaşları narahat edir: "Ölkə üzrə çarpayıların doluluq faizi 14 faizdir. Yəni biz yeni yoluxanları müalicə etməyə hazırıq. Amma bu say çarpayı sayından çox olarsa, problemlər yarana bilər. Yumşalmalar olduqca yoluxanların sayının artması da gözlənilən idi. İki peyvəndlə bağlı ciddi nəzarət var. Biri qarşıdan gələn soyuq havalara görə yayıla biləcək influenza qripinə qarşı peyvəndin aparılmasıdır. İkincisi isə COVİD-19 virusuna qarşı peyvəndin əldə olunmasıdır. Azərbaycan da Ümümdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi peyvəndin alınıb gətirilməsi danışıqlarında iştirak edir".

Murad Əhməd

Mənbə: qafqazinfo.az