Yaqut Qarayeva: Ölkə üzrə çarpayıların doluluq faizi 14 faiz təşkil edir

Yaqut Qarayeva: Ölkə üzrə çarpayıların doluluq faizi 14 faiz təşkil edir

Bakı, 15 avqust, AZƏRTAC

Hazırda Bakıda çarpayıların doluluq faizi 24, regionlarda isə 11 faiz təşkil edir. Bu göstərici ümumi ölkə üzrə 14 faizə bərabərdir. Bu, o deməkdir ki, biz yoluxan xəstələrə tibbi xidmət göstərməyə hazırıq və çarpayı fondunda heç bir problem yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, gündəlik yoluxma saylarında qeydə alınan kiçik artmalar vətəndaşları narahat edir: "Açılmalara doğru getdikcə bu vəziyyət gözləniləndir və buna hazırlıqlı olmalıyıq. Əsas odur ki, vəziyyət nəzarət altında olsun və yoluxanların sayı sağalanların sayını ciddi şəkildə ötməsin. Bu rəqəmlərin nəzarət altında saxlanılması bizim özümüzdən asılıdır. Açılmalara getsək də, qaydalara ciddi əməl olunsa və rəqəmlər bu səviyyədə qalsa, xəstəxanalarda xəstələrə normal tibbi yardım göstərilə bilər".

Mənbə: azertag.az