Səhiyyə nazirindən xəbərdarlıq: "İsti olsa da, maskanızı taxın"

Səhiyyə nazirindən xəbərdarlıq: "İsti olsa da, maskanızı taxın"

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabından yoluxan xəstə sayını və reanimasiyada olan xəstə sayını açıqlayaraq vətəndaşları diqqətli olmağa çağırıb.

Cebhe.info xəbər verir ki, Səhiyyə naziri bildirib ki, dünən ölkə ərazisində yeni növ koronavirusa yoluxma sayı 1 226, vəziyyəti ağır olan xəstələrin sayı isə 656 nəfər olub:

"Virusu ağır keçirən xəstələrə virus xəstəliyi yüngün və ya asimptomatik keçirənlərdən keçir. Ağır xəstələrin nələr yaşadığını yaşamadan bilmək olmaz. Bu səbəbdən isti olsa da, maskanızı taxın. Çətinlik çəksəniz belə sosial məsafə qaydalarına əməl etməyə çalışın".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info