Hindistan koronavirusa qarşı üç peyvəndi sınaqdan keçirir

Hindistan koronavirusa qarşı üç peyvəndi sınaqdan keçirir

Hindistan koronavirusa qarşı hazırlanmış üç peyvənd üzərində sınaqlar keçirir, artıq peyvəndin vətəndaşlara paylanmasına dair plan hazırdır...

Hindistan koronavirusa qarşı hazırlanmış üç peyvənd üzərində sınaqlar keçirir, artıq peyvəndin vətəndaşlara paylanmasına dair plan hazırdır.

İnterAz TASS-a istinadən xəbər verir ki, bu sözləri Hindistanın Baş naziri Narendra Modi Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdəki çıxışında bildirib.

"Üç peyvənd müxtəlif sınaq mərhələsindədir. Elm adamları müsbət rəy verdikdən sonra istehsal planı hazır olacaq. Peyvəndin ən qısa müddətdə bütün vətəndaşlara paylanmasına dair bir yol xəritəsi var", o deyib.

 

Mənbə: www.interaztv.com