Epidemiya başlayandan ön cəbhədə olanlardan biri polis əməkdaşlarıdır - Şöbə müdiri

Epidemiya başlayandan ön cəbhədə olanlardan biri polis əməkdaşlarıdır - Şöbə müdiri

Bakı. Asif Mehman - Trend:

Epidemiya başlayandan ön cəbhədə olanlardan biri polis əməkdaşlarıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, öz həyatlarını, öz sağlamlıqlarını risk altına qoyaraq məzuniyyətsiz öz işlərini yerinə yetirirlər.

Müəyyən edilmiş qaydalar çərçivəsində yoxlamalar da həyata keçirilir. Yoxlamalar həyata keçirilir ki, sui-istifadə hallarına yol verilməsin. Bu gün polis əməkdaşları layiqincə vəzifələrini həyata keçirirlər.

Mənbə: az.trend.az