“VAZ-2107” aşdı, sürücü yaralandı - Fotolar

“VAZ-2107” aşdı, sürücü yaralandı  - Fotolar

 

Bərdədə yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Məlumata görə, şəhər sakini İlkin Süleymanov idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə hərəkət olarkən idarəetməni itirərək yolun kənarına aşırıb. Nəticədə sürücü İ.Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralı kənd sakinlərinin köməyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

 

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi

Mənbə: qafqazinfo.az