Daxili İşlər Nazirliyi koronavirus pandemiyası başlayandan indiyədək ön sırada xidmət aparan qurumlardandır

Daxili İşlər Nazirliyi koronavirus pandemiyası başlayandan indiyədək ön sırada xidmət aparan qurumlardandır

 

Bakı, 15 avqust, AZƏRTAC

Koronavirus pandemiyası başlayandan bu günə qədər ön sırada xidmət aparan qurumlardan biri də Daxili İşlər Nazirliyidir. Polis əməkdaşları həyatlarını və sağlamlıqlarını risk altında qoyaraq, xidməti vəzifələrini böyük məsuliyyətlə fasiləsiz həyata keçirirlər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib ki, daxili işlər orqanlarının üzərinə düşən məsuliyyət və vəzifələr çərçivəsində müəyyən yoxlamalar aparılır. İctimai iaşə müəssisələrində də sui-istifadə hallarına yol verilməməsi üçün polis orqanları müəyyən olunmuş hüquq qaydaları çərçivəsində yoxlamalar həyata keçirəcəklər. Yoxlamalar zamanı sui-istifadə halları aşkarlanacağı təqdirdə qanunvericilik çərçivəsində lazımı tədbirlər görüləcək.

Mənbə: azertag.az