Köhnə paltarlara ikinci həyat verən xanım - FOTO

Köhnə paltarlara ikinci həyat verən xanım - FOTO

Vaxtın və ömrün əhəmiyyəti heç bir aqil insandan gizli deyildir. Elə bir müvəffəq insan yoxdur ki, nailiyyətinin tövfiqini vaxtdan düzgün bəhrələnməyində görməsin. Ziyankar o kəsdir ki,anbaan ömrünü əldən verir. Lakin elə insanlar var ki,vaxtını ,yaşam tərzini elə qurur ki,hətta təqaüd yaşından sonra da o vaxtı səmərəli keçirir. Çəkinmədən deyə bilər ki, Mingəçevirdə yaşayan Validə Əlizadə belələriindəndir. Validə Əlizadəni şəhərdə hər kəs tanıyır, uzun illər müəllim, məktəb direktoru və digər məhsul vəzifələrdə çalışan xanım, təqaüdə çıxdıqdan sonra boş vaxtlarını səmərəli keçirmək üçün hazırda qədim tikmə növü olan “Qurama” və digər əl işləri ilə məşğuldur. Şəhər sakini təqaüdə çıxdıqdan sonra sevimli məşğuliyyətinə başlayıb. Zəngin və rəngarəng qurama sənəti Azərbaycanda olduqca qədim ənənələrə malikdir. Elə Validə xanımda kiçik parçları birləşdirməklə qədim sənəti yaşatmağa çalışır.

Validə xanım Əlizadə deyir ki, incəsənət əsəri olaraq, bir əl işi olaraq, məndə çox böyük maraq doğurdu, balaca parçalara, evdə nəvələrimin köhnə işlnməyən paltarlarına yeni bir həyat vermək qərarına gəldim: "İstənilən hər hansı bir işi oturanda həvəslə başa vurmaq olur. Elə quramanı da həvəslə oturanda bir bloku hardasa bir saata hazırlamaq olur. Orda gərək rəng seçimi edəsən, onları xırda-xırda tikəsən. 1 saata bir bloku 25-in-25-ə hazırlamaq olur”.

"Üçüncü Bahar" İB üzvü olan Validə xanım mütamadi olaraq onlayn dərslərə qatılır,internet vasitəsi ilə daim yenilik axtaraır, daha bir maraqlı ideası ilə diqqət çəkməyi çalışır. O, nəvələrinə, övladlarına məxsus geyinilməyən cins paltarları atmaqdansa fərqli formalı çantalar hazırlamaq qərarına gəlib və hazırlayıb. Özünün dediyi kimi köhnə paltarla ikinci həyat verir. Hətta eyvanında 50-dən çox dibçək növü yetişdirib. Sonda Validə xanım onu da bildirdi ki, hansı yaşda olmağından asılı olmayaraq insan fiziki işlə nə qədər çox məşğul olsa bir o qədər xəstəliklərdən uzaq olur.



Esmira Hidayətova, Mingəçevir

Mənbə: www.yeniavaz.com