Koronavirusun məhv edilməsi məsələsi tibb işçilərindən daha çox, siyasətçilərin işidir

Koronavirusun məhv edilməsi məsələsi tibb işçilərindən daha çox, siyasətçilərin işidir

"Koronavirusun bitəcəyi günlə bağlı müxtəlif proqnozlar verilir. Düşünürəm ki, bir zamanlar "İŞİD" adlı virus da var idi, o necə birdən yaranıb və yaxud yaradılıb, birdən yox oldusa, koronavirus da, əhəmiyyətini itirəcəyi bir gündə tarixin arxivinə göndəriləcək". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. O, qeyd edib ki, əslində İŞİD virusu insanları koronavirusdan daha çox sayda və daha amansız şəkildə qırırdı: "Bu iki virusun ən oxşar cəhəti, mövcud olmaları faktı ilə bağlı reallıqdan başqa, haqqında danışılanların demək olar ki, hamısının yalan olmasındadır. Aralarındakı əsas fərq isə, təyinatı müəyyən regionla məhdudlaşan "İŞİD" virusundan fərqli olaraq, Koronavirus daha qlobal miqyaslı təyinata malikdir. Koronavirusla bağlı həkimlərdən və tibb mütəxəssilərindən daha çox siyasətçilərin və ya Bill Qeyts kimi "komputerşik"lərin münasibət bildirmələrinə, proqnoz vermələrinə hirslənənlərə demək istərdim ki, "koronavirus" sözünün özündə belə, siyasi ifadə, tibbi ifadədən əvvəl gəlir. Ona görə də təəccüblənməyin, bu məsələ tibb işçilərindən daha çox, siyasətçilərin işidir, xüsusilə də onun yox edilməsi məsələsi".

Mənbə: olaylar.az