3 gün dənizin ortasında köməksiz qaldı-VİDEO

3 gün dənizin ortasında köməksiz qaldı-VİDEO

Türkiyənin Marmara dənizinin ortasında mühərriksiz qayıqda 3 gün köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Sonxeber.az xəbər verir ki, Bandırmadan Yeniqapıya üzən İstanbul Dəniz avtobusuna məxsus gəminin kapitanı, Marmara dənizinin ortasında bir qayıqda əlini yelləyərək kömək istəyən şəxsi görüb.

Kapitan gəmini qayığa yaxınlaşdıraraq kömək istəyən şəxsi xilas edib. Xilas edilən şəxs qayıqla balıq tutmaq üçün dənizə çıxdığını, ancaq baş verən qasırğa səbəbində 3 gün köməksiz vəziyyətdə dənizin ortasında qaldığını söyləyib.

Yorğun və halsız vəziyyətdə olan balıqçı Yeniqapı limanına gətirilib və təcilli yardımla xəstəxanaya aparılıb.

Mənbə: sonxeber.az