Gəncədə yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü saxlanılıb

Gəncədə yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü saxlanılıb

Avqustun 12-də saat 23 radələrində Gəncə şəhəri ərazisində, Nizami prospektində Gülüstan qəsəbə sakini E.Allahverdiyevin idarə etdiyi “Hyundai” markalı avtomobillə naməlum sürücünün idarə etdiyi avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xəsarət almış E.Allahverdiyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini V.Mürsəlova Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: azertag.az