Budapeşt daha bir ekoloji layihənin icrasına başlayırlar

Budapeşt daha bir ekoloji layihənin icrasına başlayırlar

Budapeştdə Gellert təpəsinin ətəyindən zirvəsinə qədər qalxacaq funikulyor 2024-cü ilə sərnişinləri qəbul etməyə hazır olacaq.

AZƏRTAC Macarıstanın MTI agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Macarıstan paytaxtının meriyasının mətbuat xidməti bəyan edib. Budapeşt şəhər hökumətində əmindirlər ki, dağa gedən turist avtobuslarının böyük axınını əvəz edəcək kanat yol həm maddi gəlir gətirəcək, həm də ətraf mühitin qorunmasına xidmət edəcək. Funikulyorun tikintisi 5 milyon avroya başa gələcək, amma sonradan onun gətirəcəyi gəlir ildə 2 milyon avroya qədər ola bilər. Tikinti işləri iki ildən sonra başlanacaq və iki il davam edəcək.

Mənbə: azertag.az