5 yaşından bəri saçlarını kəsdirməyən qadın GÖRƏNLƏRİ TƏƏCCÜBLƏNDİRDİ

5 yaşından bəri saçlarını kəsdirməyən qadın GÖRƏNLƏRİ TƏƏCCÜBLƏNDİRDİ

Ukraynada yaşayan 35 yaşlı Alena Kravçenko adlı qadın 5 yaşından bəri uzatdığı saçları ilə görənləri təəccübləndirib.

''Ölkə.Az'' xəbər verir ki, Alena adlı gənc qadın 5 yaşından bəri saçlarını kəsdirmir. Alenanın fikrincə bir qadının gözəlliyi onun saçlarına bağlıdır. Onun saçlarının uzunluğu 1 metr 80 santimetrdir. Saçlarını tez-tez yumaq Alena üçün əziyyətli proses olduğundan o həftədə 1 dəfə bu prosesi təkrarlayır. O bildirib ki, ''İnstagram'' hesabında onu izləyən oğlanlar sadəcə saçlarını qoxulamaq üçün görüş təklif edirlər. Eyni zamanda uzun saçlı gözəl tez-tez evlilik təklifi aldığını da iddia edir.

Ölkə.Az

Mənbə: olke.az